Şəkidə piyadanı vuran sürücü saxlanılıb

Şəkidə piyadanı vuran sürücü saxlanılıb
  29 Yanvar 2019    Oxunub:1972
Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti