Bir ildə 15464 təbii və texnogen mənşəli hadisə olub

  29 Yanvar 2019    Oxunub : 627
Bir ildə 15464 təbii və texnogen mənşəli hadisə olub
Ötən il respublika ərazisində 15 min 464 təbii və texnogen mənşəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2294 hadisə və ya 17 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 105 nəfər həlak olub, 231 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 94 nəfər xilas olunub, 1724 nəfər təxliyə edilib.

Həmçinin keçən il respublika ərazisində 155 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı olmayıb. Təbii mənşəli hadisələr zamanı 4 nəfər xilas edilib, 259 nəfər də təxliyə olunub.

İl ərzində respublika ərazisində 15 min 309 texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2017-ci il ilə müqayisədə 2294 hadisə (18 faiz) çoxdur.

Azvision.az

Teqlər: FHN