Bakıda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə qalıb

  29 Yanvar 2019    Oxunub : 706
Bakıda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə qalıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN   Lift