Xaçmaz sakini həmyerlisini döyüb

Xaçmaz sakini həmyerlisini döyüb
  30 Yanvar 2019    Oxunub:1407
Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ-də araşdırma aparılır.

Azvision.az








Teqlər: DİN  





Xəbər lenti