Lənkəranda qətl törədən şəxs tutulub

Lənkəranda qətl törədən şəxs tutulub
  30 Yanvar 2019    Oxunub:2343
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.


Azvision.az





Teqlər: DİN   Qətl  





Xəbər lenti