Bakı sakinini döyüb qarət etdilər

Bakı sakinini döyüb qarət etdilər
  30 Yanvar 2019    Oxunub:1675
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar başlanılmışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Nərimanov RPİ-də araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti