Axtarışda olan şəxslər Sumqayıtda tapıldılar

Axtarışda olan şəxslər Sumqayıtda tapıldılar
  30 Yanvar 2019    Oxunub:2013
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan H.Rüstəmov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bundan başqa Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan A.Kazımov və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Q.Ağamirzəyeva saxlanılınlar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti