11 aylıq nəvələrini odun sobasında yandırdılar - Dəhşətli cinayət

  11 aylıq nəvələrini odun sobasında yandırdılar -    Dəhşətli cinayət
  30 Yanvar 2019    Oxunub:4899
Xakasiya respublikasında dəhşətli qətl hadisəsi baş verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Taştıp rayonunun Xaroy kəndində qeydə alınıb.

İstintaq zamanı məlum olub ki, kənddə yaşayan qadın 11 aylıq övladını valideynlərinin yanında qoyaraq digər kəndə gedib. Lakin qadın geri qayıdanda uşağını tapa bilməyib. Axtarışlardan sonra uşağın cəsədi evdə odun sobasından tapılıb.

Aparılan araşdırma zamanı bəlli olub ki, içkili vəziyyətdə olan 42 yaşlı nənə və 47 yaşlı baba nəvələrini naməlum səbəbdən odun sobasına ataraq yandırıblar. Faktla bağlı cinayət işi açılıb, hər iki şəxs saxlanlıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Rusiya   Cinayət  





Xəbər lenti