24 yaşlı azərbaycanlı Qazaxıstanda seyf oğurlayıb
Qeyd olunub ki, Almatı şəhərinin Auezov rayonunda Momışulı küçəsində naməlum şəxsin özünü şübhəli aparması polislərin diqqətini cəlb edib. Belə ki, həmin şəxs əlində olan böyük çantanı avtomobilə qoyub hadisə yerindən uzaqlaşan zamanı saxlanılıb.
Çantaya baxış keçirən polis orada seyfin olduğunu müəyyən edib. Aparılan araşdırma zamanı məlum olub ki, 24 yaşlı azərbaycanlı mağazaların birindən seyfi oğurlayaraq gizli yolla çıxarıb. Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı müvəqqəti saxlanma təcridxanasına aparılıb.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


