Bakıda avtobusda qorxulu anlar yaşandı - FOTO

   Bakıda avtobusda qorxulu anlar yaşandı -    FOTO
  31 Yanvar 2019    Oxunub:3852
Bakıda sərnişin avtobusunda tüstülənmə olub.
Azvision.az -ın məlumatına görə, hadisə Rəşid Behbudov küçəsi istiqamətində hərəkətdə olan 88 nömrəli avtobusda qeydə alınıb. Nasazlıq səbəbindən avtobus sərnişinlərini mənzil başına çatdıra bilməyib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a bildirib ki, 99-JK-359 nömrəli avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb.

“Tüstülənmədə bu səbəbdən olub. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb”.



Aytən Zəhra
Azvision.az




Teqlər: BNA   Avtobus   Sərnişin  





Xəbər lenti