Maşınlardan oğurluq edən şəxs ələ keçdi

Maşınlardan oğurluq edən şəxs ələ keçdi
  31 Yanvar 2019    Oxunub:1636
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə sənəd və bankomat kartlarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomlobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğruluq  



Xəbər lenti