Xırdalanda anbardan 750 pivə çəlləyi oğurlanıb

 Xırdalanda anbardan 750 pivə çəlləyi oğurlanıb
  31 Yanvar 2019    Oxunub:3497
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olan müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti