6 ayda 77 nəfər qidadan zəhərlənib

 6 ayda 77 nəfər qidadan zəhərlənib
  31 Yanvar 2019    Oxunub:2004
“Ötən ilin iyul ayının 1-dən bu günə qədər sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib, həmçinin 25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib”.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun isə 77-si öz təsdiqini tapıb: “187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub. Nəticədə 1 nəfər dünyasını dəyişib”.

Azvision.az




Teqlər: AQTA  





Xəbər lenti