Polis axtarışda olan 3 nəfəri tapa bilib

Polis axtarışda olan 3 nəfəri tapa bilib
  31 Yanvar 2019    Oxunub:1860
Baş Cinayət Axtarışı İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə axtarışda olan H.Quliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan N.Mayılov saxlanılıb.

Bundan başqa, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə axtarışda olan F.Məmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti