Narkokuryer aeroportda 1 kq narkotiklə tutuldu

 Narkokuryer aeroportda 1 kq narkotiklə tutuldu
  01 Fevral 2019    Oxunub:2155
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti