Narkotiklə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Narkotiklə tutuldu, başqa cinayətləri də üzə çıxdı
  01 Fevral 2019    Oxunub:2641
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN   Narkotik  



Xəbər lenti