Avtobusda cibgirlik edən şəxs saxlanılıb

Avtobusda cibgirlik edən şəxs saxlanılıb
  01 Fevral 2019    Oxunub:1746
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cibgir  



Xəbər lenti