Polis 8 vətəndaşdan tüfəng götürüb

Polis 8 vətəndaşdan tüfəng götürüb
  01 Fevral 2019    Oxunub:1832
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 4 ədəd ov tüfəngi götürülüb. Bundan başqa daxil olmuş məlumat əsasında Şəki şəhərinin Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülmüş və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti