Binəqədidə 1 nəfər intihara cəhd edib

Binəqədidə 1 nəfər intihara cəhd edib
  02 Fevral 2019    Oxunub:1827
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti