5 maşından oğurluq edən şəxs saxlanıldı

5 maşından oğurluq edən şəxs saxlanıldı
  02 Fevral 2019    Oxunub:1498
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əliyevin rayon ərazisində 4 “VAZ-2107” və 1 “VAZ-21011” markalı avtomobillərdən akkumulyatorlarını oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN   oğurluq  





Xəbər lenti