Xırdalanda yanğın olub - 30 nəfər təxliyə edilib

   Xırdalanda yanğın olub -    30 nəfər təxliyə edilib
  03 Fevral 2019    Oxunub:2542
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli mansarda tipli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 30 p.m və pilləkən qəfəsində quraşdırılmış 40 ədəd elektrik sayğacı, mansardasının taxta atmaları və lambirindən ibarət tavanı 20 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN   Yanğın  





Xəbər lenti