Cəlilabadda evdən oğurluq edənlər saxlanılıb

Cəlilabadda evdən oğurluq edənlər saxlanılıb
  03 Fevral 2019    Oxunub:2310
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad şəhəri, M.Quliyev küçəsində yaşayan B.Şahbazov rayon Polis şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən elektrik generatoru, videomaqnitafon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C.Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Cəlilab   d  





Xəbər lenti