Nazirlikdən Bərdədə küçəyə atılan uşaqlarla bağlı açıqlama

  04 Fevral 2019    Oxunub : 1667
Nazirlikdən Bərdədə küçəyə atılan uşaqlarla bağlı açıqlama
Bərdə rayonunda küçəyə atılan 2 azyaşlı bacı-qardaşın vəziyyəti normaldır.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqlar üçün xəstəxanada xüsusi otaq ayrılıb: “Hər şey qaydasındadır. Uşaqların sağlamlığı ilə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Bərdə   Uşaq