Tapdığı pulemyotu polisə təhvil verdi

Tapdığı pulemyotu polisə təhvil verdi
  04 Fevral 2019    Oxunub:2085
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.

Azvision.az




Teqlər: DİN  



Xəbər lenti