Gəncədə soyğunçuluq edən dəstə tutuldu

  Gəncədə soyğunçuluq edən dəstə tutuldu
  04 Fevral 2019    Oxunub:2293
Gəncədə silsilə soyğunçuluq edən şəxslər saxlanılıb
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G. Həsənova və T. Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuş 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti