Zaqatalada ağır yol qəzası: Ölən və yaralanan var

 Zaqatalada ağır yol qəzası:    Ölən və yaralanan var
  04 Fevral 2019    Oxunub:3316
Fevralın 2-də saat 2 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində Danaçı kənd sakini İsa Nuhiyev idarə etdiyi “Hyundai” markalı avtomobili idarə edərkən onu aşırıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişini Balakən rayon sakini Abdulla Mamiyev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti