Bakıda "Mercedes" ağaca çırpılıb

Bakıda "Mercedes" ağaca çırpılıb
  05 Fevral 2019    Oxunub:1899
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   FHN   Xilasetmə  





Xəbər lenti