Xırdalanda 46 yaşlı kişi evdə yanaraq ölüb

   Xırdalanda 46 yaşlı kişi evdə yanaraq ölüb
  05 Fevral 2019    Oxunub:1693
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi sahəsi 37 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Xırdalan   Yanğın   FHN  





Xəbər lenti