Silsilə oğurluq edən yeniyetmə tutuldu

Silsilə oğurluq edən yeniyetmə tutuldu
  05 Fevral 2019    Oxunub:1544
Nəsimi RPİ 20-ci PB və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlmata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki nəfərlə birlikdə 1 sexdən, 1 ofisdən, 1 restorandan, 1 fotostudiyadan pul, geyim və məişət əşyaları, habelə bir qadının mobil telefonunu oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti