Bakıda oğurlanan maşın Tovuzda tapıldı

Bakıda oğurlanan maşın Tovuzda tapıldı
  06 Fevral 2019    Oxunub:1481
Fevralın 5-də saat 12 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə həmin gün saat 20 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti