Taksi sürücüsünə qarşı quldurluq edənlər tutuldu

Taksi sürücüsünə qarşı quldurluq edənlər tutuldu
  06 Fevral 2019    Oxunub:1673
Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Sürücü  





Xəbər lenti