Bakıda dəhşətli cinayət: Ərlə arvad qətlə yetirildi

      Bakıda dəhşətli  cinayət: Ərlə arvad qətlə yetirildi
  06 Fevral 2019    Oxunub:4789
Fevralın 5-də Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib.
Daha sonra könüllü olaraq Nərimanov RPİ 18-ci PŞ-yə gələrək istintaqa təslim olub. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti