Füzuli sakinindən silah götürülüb - FOTO

Füzuli sakinindən silah götürülüb -    FOTO
  06 Fevral 2019    Oxunub:2518
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 5-ci Zobucuq qəsəbə sakini Sənan Mədətovun evindən qanunsuz saxladığı “TOZ-34” markalı ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti