Polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

  06 Fevral 2019    Oxunub : 975
Polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Ötən gün gecə saatlarında ölkəmizin bir neçə rayonunda yeraltı təkan qeydə alınıb. Zəlzələ Şamaxı rayonunda daha çox hiss olunub ki, bunun nəticəsi olaraq ərazidə xeyli dağıntılar qeydə alınıb, bir neçə ailə yeraltı fəlakətdən zərər çəkib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, hadisə baş verən andan Şamaxı Rayon Polis Şöbəsinin bütün əməkdaşları tam səfərbər olaraq ərazidə gücləndirilmiş xidmət aparıblar.



Belə ki, onlar təbii fəlakətdən nəticəsində dağıntılara məruz qalmış yaşayış binalarının, iaşə obyektlərinin yanında xidmət apararaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədiylə onlara istər fiziki, istərsə də mənəvi dəstək olublar. Bir neçə ailəyə mənizllərindən yüklərin çıxarılmasında, onların daha təklükəsiz yerlərə aparılmasında, eləcə də xəsarət almış vətəndaşların xəstəxanaya çatdırılmasında da polis əməkdaşları köməklik göstəriblər.



Bununla yanaşı polis əməkdaşları vətəndaşlarlda fəlakət nəticəsində yaranan həyacanı geridə qoyması üçün onlarla profilaktiki söhbətlər aparıblar. Zəlzələ nəticəsində küçələrə çıxan rayon sakinlərinin mühafizəsi polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunub. Şamaxı RPŞ Dövlət Yol Polisi bölməsinin əməkdaşları dağıntılara məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Təcili Tibbi Yardım Xidmətinin avtomobillərinin yollarda maneəsiz hərəkətlərinin təşkilində köməklik göstəriblər.

Azvision.az

Teqlər: DİN   Zəlzələ