Bir gündə 2 evdən 30 minlik qızıl oğurladılar - FOTOLAR
Araşdırma zamanı müəyyən edilib ki, Ə.Xankişiyeva və A.Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından müəyyən hissəsini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb.
Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 ( oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az