Zəlzələ nəticəsində beyninə qan sızan kişidən xəbər var

Zəlzələ nəticəsində beyninə qan sızan kişidən xəbər var
  07 Fevral 2019    Oxunub:1559
Şamaxıda baş vermiş zəlzələ səbəbindən beyninə qan sızan 58 yaşlı kişinin vəziyyəti stabilləşib.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda həmin şəxsin xəstəxanada müalicəsi davam etdirilir, səhhətində müsbət irəliləyiş var.

Qeyd edək ki, Şamaxıda baş verən zəlzələ nəticəsində 30 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bunlar əsasən təzyiqi qalxan, dili tutulan və bədənin müəyyən hissələrində sınıq və əzik olan şəxslərdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Zəlzələ   Xəstəxana  





Xəbər lenti