Piyadanı vurub qaçan sürücü tapıldı
Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN