Zəlzələ nəticəsində yollarda çatlar yaranıb - FOTOLAR

   Zəlzələ nəticəsində yollarda çatlar yaranıb -    FOTOLAR
  07 Fevral 2019    Oxunub:2672
Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb.



Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.




Azvision.az



Teqlər: Yol   Təmir   Zəlzələ  





Xəbər lenti