Xızıda maşınla vurulan piyada ölüb

  07 Fevral 2019    Oxunub : 767
Xızıda maşınla vurulan piyada ölüb
Fevralın 6-da saat 16 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində T.Cümşüdov idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarı ilə gedən Yardımlı rayon sakini C.Nəcəfovu vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza