Polis axtarışda olan şəxsi tapdı

Polis axtarışda olan şəxsi tapdı
  07 Fevral 2019    Oxunub:1666
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Həsənov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun 3 nəfərin çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti