Qubada ekskavator aşıb - FHN sürücünü axtarır

Qubada ekskavator aşıb -  FHN sürücünü axtarır
  07 Fevral 2019    Oxunub:3213
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşub.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti