Cəlilabadda ata və oğlu bıçaqlanıb

Cəlilabadda ata və oğlu bıçaqlanıb
  08 Fevral 2019    Oxunub:1900
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Alar kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Cəlilabad  





Xəbər lenti