Mağazadan oğurluq edən dəstə tutuldu
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.Əlizadə və 2 yeniyetmə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib. Aparılan araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb.
Belə ki, saxlanılan şəxslərin rayonun Xırmandalı kəndində yerləşən mağazalardan birindən 670 manat dəyərində tütün məmulatları və 60 manat pulu, Nərimankənd kəndində yerləşən mağazadan isə 30 manat pulu və müxtəlif növ tütün məmulatlarını oğurladıqları müəyyən edilib. Oğurladıqları tütün məmulatlarının bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az