Abdurəhmanov tüfəngini polisə təhvil verdi

Abdurəhmanov tüfəngini polisə təhvil verdi
  08 Fevral 2019    Oxunub:1983
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Şəki rayonu Böyük Dəhnə kənd sakini Orxan Abdurəhmanov 16 çaplı, tək lüləli ov tüfəngini könüllü olaraq ŞRPŞ-nin Sarıca Polis Bölməsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti