Sexdən oğurluq edən 3 nəfər tutuldu

Sexdən oğurluq edən 3 nəfər tutuldu
  08 Fevral 2019    Oxunub:1678
Fevralın 7-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 ədəd transformator başlığının və 40 metr elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşkları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti