Çanta oğurlayan qadın tutuldu

Çanta oğurlayan qadın tutuldu
  08 Fevral 2019    Oxunub:1724
Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Nəsimi rayonu Azadlıq prospektindəki yeraltı ticarət mərkəzindəki mağazaların birində paytaxt sakini olan bir qadının içərisində 504 manat, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Z.Bayramova saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti