Keçmiş məhkum 2 nəfərin telefonunu oğurladı

Keçmiş məhkum 2 nəfərin telefonunu oğurladı
  08 Fevral 2019    Oxunub:1680
Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Əbdülrahibov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakinləri R.Qəmbərovanın və R.Məlikovun mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti