Azərbaycanda avtobus istehsal olunacaq
E.Axundovun sözlərinə görə, istehsal olunan avtobuslar ölkə daxilində istifadə üçün nəzərdə tutulub.
"Zavodda istehsal olunacaq avtomobillərin qiyməti və keyfiyyəti mühüm məsələdir. İkinci növbədə, avtomobillərin dizel və ya qazla işləməsidir. Avtomobillərin qazla işləməsi günün təlabatıdır. "QAZ" əhali üçün əvvəldən tanış olan brenddir, ona görə də onların istehsalı, isitismarı və təmiri çətinlik törətməyəcək".
O, qeyd edib ki, zavodda xüsusi təyinatlı avtomobillərin istehsalı onların qısa zamanda əmələ gəlməsinə, maya dəyərinin ucuz və texniki göstəricilərin daha dəqiq olmasına səbəb olacaq.
"Xüsusi təyinatlı avtomobillərin istehsalı və idxalı böyük problemdir. Çünki bu, zaman aparır, ölçünü, hər bir texnikanın dəqiqliyini istəyir. Azərbaycanda istehsala başlanılandan sonra "QAZ" markalı avtomobil 25 faiz ucuz başa gələcək. İl ərzində Azərbaycan bazarının tələbatı 1000 ədəd "Qazel" avtomovilləridir. Onun 50-60 faizi daxili bazarın təlabatını ödəmək üçün istehsal olunacaq".
E.Axundov əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin Irana ixrac edilməsi iş bağlı danışıqlar aparılır.
Aytən Zəhra
Azvision.az
Teqlər: