Vergilər Nazirliyinin əməkdaşları təltif edilib - SİYAHI

 Vergilər Nazirliyinin əməkdaşları təltif edilib -    SİYAHI
  09 Fevral 2019    Oxunub:5381
Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Azər Oqtay oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Cəfərov Azər Sihət oğlu

Əliyev Rəşad Qəhrəman oğlu

İmanov Asəf Polad oğlu

İskəndərov Kamal Bahadır oğlu

Məmmədov Şöyüb Kamil oğlu

Sultanova Sədaqət Ramiz qızı

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Məmmədov Rövşən Rəhim oğlu

Osmanov Akif Osman oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Əliyarzadə Maya Vaqif qızı

Xəlilova Arzu Sərhəddin qızı

Musayeva Samirə Fəxrəddin qızı

Rəhimli Elşən Moqif oğlu

Yadigarov Fariz Məhəmməd oğlu

Yunusov Məhəmməd İlham oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Hacıyev Fərid Məzahir oğlu

Həsənov Nicat Nizami oğlu

Namazlı Elçin Alim oğlu

Yusifov Elnur Əli oğlu.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbələri verilib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti