Sərnişin avtobusu "Mercedes"lə toqquşdu

Sərnişin avtobusu "Mercedes"lə toqquşdu
  09 Fevral 2019    Oxunub:2110
Qusar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191-ci kilometrliyində qeydə alınıb. Belə ki, Qusar-Xudat marşrutu üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti